Elza Seyidcahan Xalq artisti Tünzalə Ağayeva ilə bağlı illər əvvəl üzləşdiyi bir hadisəni yenidən danışıb.
“Yeni Sabah” xəbər verir ki, Əməkdar artist “Kəşfet” verilişində həmkarının fotosu nümayiş etdirildikdən sonra onunla münasibətlərindən söz açıb.
E.Seyidcahan Tünzalə Ağayevanın 50 illik yubiley mərasiminə dəvət edilməməsini unutmadığını bildirib. Əməkdar artist keçmişdə Ağayevaya dəstək olduğunu, hətta onun maşını olmadığı vaxtlarda çəkilişə apardığını iddia edib: İnternetdən sifariş
“Tünzalə tovuzlu qızımızdır. Sənətdə çalışır, öz yolu, tərzi var. O vaxt Yalçın (Cabbarov, prodüser – red.) deyirdi ki, Tünzalənin kumirisiniz. İndi bunu inkar edər. Yalçının onun üzərində böyük əziyyəti var. Məni qardaşının toyuna da çağırmışdı, amma 50 yaşında məni unutdu. Keçmişini unudandır. Maşınsız vaxtlarında bir dəfə onu çəkilişə də aparmışdım. Dedi, yaxşılığını unutmaram. Küsməmişəm, amma sözü üzə deyənəm”.
Telegram kanalımız