Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı

Dünya

23 Sentyabr 2026 23:14 123


Sentyabrın 23-ü və 24-də Günəş səthində M sinfinə aid partlayışların baş verməsi ehtimal edilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

İnstitutdan bildirilib ki, qeyd olunan tarixlərdə Günəşdə partlayış aktivliyi ümumilikdə aşağı səviyyədə olacaq. Bununla belə, M sinifli partlayışların baş vermə ehtimalı var. pizza sifarişi

Daha əvvəl Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat vermişdi ki, Günəşdə partlayış aktivliyində 2021-ci ildən bəri qeydə alınan ən uzunmüddətli fasilə altı günlük sakitlikdən sonra sentyabrın 19-da başa çatıb.

Günəş partlayışları rentgen şüalanmasının gücündən asılı olaraq A, B, C, M və X siniflərinə bölünür. Bunlardan A sinfi ən aşağı, X sinfi isə ən yüksək gücə malik partlayışları əhatə edir.

Partlayışlar zamanı günəş plazmasının kosmosa atılması da mümkündür. Plazma buludlarının Yerə çatması isə maqnit qasırğalarına səbəb ola bilər./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!