İctimai iaşə fəaliyyəti ilə məşğul olan sahibkarlar müəyyən şərtlərlə 200 min manatdan artıq dövriyyəyə görə də sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyətlərini davam etdirə bilərlər.
“Yeni Sabah” xəbər verir ki, Vergi Məcəlləsinə əsasən, ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olan sahibkarlar, müəyyən hallarda ƏDV məqsədləri üçün qeydiyyata alınmalıdırlar. Lakin ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər müvafiq hüquqdan istifadə etdikləri halda 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyətlərini davam etdirə bilərlər.
Bununla yanaşı, 2026-cı il yanvarın 1-dən ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə ƏDV üzrə güzəşt tətbiq edilir. Vergi Məcəlləsinin 174.5-ci maddəsinə əsasən, hesabat dövründə əhaliyə göstərilən xidmətlər üzrə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərdən formalaşan dövriyyənin 50 faizi vergi tutulan ümumi dövriyyədən çıxılır. Marqarita pizza
Bu güzəştdən yararlanmaq üçün nağdsız ödənişlər nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə həyata keçirilməlidir.
Məsələn, ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyicisinin avqust ayında ümumi satış dövriyyəsi 190 min manat olub. Bunun 140 min manatı POS-terminal vasitəsilə nağdsız, 50 min manatı isə nağd qaydada ödənilib. Həmin ay üzrə elektron qaimə-fakturalara əsasən əvəzləşdirilən ƏDV 12 600 manat təşkil edib.
Güzəşt nəzərə alınmaqla hesablanan ƏDV öhdəliyi 21 600 manat, büdcə ilə hesablaşma isə 9 min manat olub. Güzəşt tətbiq edilmədiyi halda isə büdcə ilə hesablaşma 21 600 manat təşkil edəcəkdi.
Beləliklə, güzəşt nəticəsində vergi ödəyicisinin 12 600 manat məbləğində əlavə gəliri yaranır. Qeyd olunur ki, bu gəlir Vergi Məcəlləsinin 102.1.41 və 106.1.34-cü maddələrinə əsasən həm fərdi sahibkarlarda gəlir vergisindən, həm də hüquqi şəxslərdə mənfəət vergisindən azaddır.
Əliyeva Aytac
Telegram kanalımız