Haluk Leventin “Instagram” hesabına giriş məhdudlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Haluk Leventin “Instagram” hesabına giriş məhdudlaşdırıldı

Şou

27 Avqust 2026 10:32 66


Türkiyədə “Ahbap” dərnəyinə qarşı istintaq çərçivəsində həbs edilən müğənni Haluk Leventin təxminən 3,7 milyon izləyicisi olan rəsmi “Instagram” hesabına giriş məhdudiyyəti qoyulub.

“Yeni Sabah” xəbər verir ki, məhkəmə qərarı ilə qəbul edilən məhdudiyyət barədə qərar sosial media platformasına təqdim olunub. Lakin hesabın Türkiyədən hələ də əlçatandır. İstifadəçilər üçün tamamilə bağlanması üçün texniki prosedurların tamamlanmasını gözləyir.

“Ahbap” dərnəyinə qarşı İstanbul Polis İdarəsi Respublika Baş Prokurorluqla koordinasiyasıda araşdırma aparır. pizza sifarişi

İstintaq “cinayət törətmək məqsədilə təşkilat yaratma”, “ixtisaslı dələduzluq” və “cinayətdən əldə edilən əmlak dəyərlərinin yuyulması” ittihamları üzrə həyata keçirilib.

Araşdırma zamanı şübhəlilərin maliyyə profillərinə uyğun gəlməyən böyük məbləğli köçürmələr, qumar hesablarına pul yatırılması və qısa müddətdə çoxsaylı daşınmaz əmlak alqı-satqısı əməliyyatlarının həyata keçirildiyi müəyyənləşdirilib.

İstintaq çərçivəsində saxlanılan 54 şübhəlidən “Ahbap” dərnəyinin təsisçisi, müğənni Haluk Levent və Oğuzhan Uğurun da aralarında olduğu 28 nəfər həbs edilib.

 Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!