Hamının gözlədiyi “Tesla” üçün gözlənilməz qərar – Təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

Hamının gözlədiyi “Tesla” üçün gözlənilməz qərar – Təxirə salındı

Avto

02 Oktyabr 2026 01:49 86


"Tesla"nın illərdir gözlənilən yeni nəsil "Roadster" modelinin təqdimatı bu dəfə də baş tutmayacaq. Şirkət tədbirin tarixini hava şəraiti ilə əlaqədar dəyişib.

“Yeni Sabah” xəbər verir ki, elektrik avtomobil istehsalçısı Tesla ikinci nəsil Roadster modelinin təqdimatını yenidən təxirə salıb. Oktyabrın 1-də keçirilməsi planlaşdırılan təqdimat tədbiri Texasda gözlənilən güclü fırtına və sel təhlükəsi səbəbindən təxirə salınıb. Tədbirin açıq havada keçirilməsi nəzərdə tutulduğundan, hava şəraiti ilə bağlı xəbərdarlıqlar şirkətin planlarını dəyişməsinə səbəb olub. Şirkət rəsmiləri meteoroloqların xəbərdarlıqlarından sonra tədbirin təxirə salınmasının zəruri olduğunu bildiriblər.

"Tesla" yeni nəsil Roadster-in təqdimatını 15 oktyabr 2026-cı il tarixinə keçirib. Model ilk dəfə 2017-ci ildə prototip kimi nümayiş etdirilib. Lakin avtomobilin satışa çıxarılması dəfələrlə təxirə salınıb. Yeni "Roadster"in alıcılara çatdırılmasının isə 2027 və ya 2028-ci illərdə başlanacağı gözlənilir. pizza sifarişi


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!