Azərbaycanda noyabrın son günlərindən başlayaraq bir neçə gün davam edəcək yağıntılı hava şəraiti gözlənilir. Bəzi ərazilərdə yağışın intensivləşəcəyi, dağlıq rayonlarda qar yağacağı, çaylarda sululuğun artacağı və sel keçəcəyi ehtimal olunur.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında noyabrın 30-dan dekabrın 2-si gündüzədək fasilələrlə yağış yağacaq. Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi və şimşək çaxacağı ehtimal edilir. Bakıda online alış-veriş
Ölkənin rayonlarında isə noyabrın 29-u axşamdan dekabrın 2-si axşamadək bəzi yerlərdə fasilələrlə yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı ərazilərdə yağışın intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.
Xidmət yağıntılarla əlaqədar çaylarda sululuğun artacağını, bəzi dağ çaylarından qısamüddətli sel keçə biləcəyini də istisna etmir.
Aytac Əliyeva
Telegram kanalımız