Bakıya duman çökür – səhər saatlarında vəziyyət dəyişəcək

saytların hazırlanması

Evə çatdırılma

Bakıya duman çökür – səhər saatlarında vəziyyət dəyişəcək

Sosial

27 Noyabr 2026 14:03 42


Noyabrın 28-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi ərazilərdə isə duman müşahidə olunacağı gözlənilir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcəyi gözlənilən havada gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Şimal-qərb küləyi əsəcək. Sərfəli qiymətə məhsullar

Paytaxt və Abşeron yarımadasında havanın temperaturu gecə 6-9, gündüz 12-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 0-5 dərəcə şaxta, gündüz isə 3-8 dərəcə isti gözlənilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!