“DİN yalnız axtarışda olan şəxsin saxlanıldığını və araşdırmanın davam etdiyini bildirib. "Bilə-bilə gizlədilib" fikri isə rəsmi açıqlamada yox, bəzi media mənbələrində səsləndirilir. Konstitusiyanın 63-cü maddəsi ilə təsbit olunmuş təqsirsizlik prezumpsiyası hər kəsə şamil olunur. Hüquqi tərəfə gəlincə, belə hallar Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə tənzimlənir".
"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, bunu vəkil Turan Abdullazadə bildirib.
O xatırladıb ki, aparıcı Firəngiz Cəlilova barəsində heç bir rəsmi ittiham irəli sürülməyib: Online shopping Azərbaycan
"Ağır cinayəti qabaqcadan vəd etmədən gizlətmə 3 000–6 000 manat cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə, xüsusilə, ağır cinayəti gizlətmə isə 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Amma bu maddənin tətbiqi üçün bir neçə şərt eyni vaxtda sübut olunmalıdır.
Birincisi, gizlədilən şəxsin törətdiyi əməl ağır və ya xüsusilə, ağır cinayət olmalıdır. Az ağır cinayətlərə görə gizlətmə cinayət məsuliyyəti yaratmır. Bu şəxsin hansı maddələrlə axtarışda olduğu hələ açıqlanmayıb. İkincisi, birbaşa qəsd olmalıdır, yəni gizlədən şəxs onun axtarışda olduğunu və ağır cinayət törətdiyini bilməlidir. Sadəcə evdə qalması məsuliyyət üçün kifayət deyil. Üçüncüsü, məsuliyyət fərdidir. Ev anaya məxsusdur. Kimin nə vaxt və nəyi bildiyi ayrıca araşdırılmalıdır.
Ev sahibinin qızı olmaq avtomatik təqsir demək deyil. Gizlətmə əvvəlcədən vəd edilibsə, artıq 307-ci maddə yox, Cinayət Məcəlləsinin 32-ci maddəsinə əsasən, əsas cinayətdə köməkçilik məsələsi müzakirə oluna bilər. Bu isə daha ağır nəticədir, amma hazırda belə bir iddia yoxdur”.
T.Abdullazadə deyib ki, aparıcının basqın və əşyaların götürülməsi ilə bağlı şikayəti obyektiv araşdırılmalıdır:
"Əgər şikayət bilərəkdən yalan olubsa, bunun da hüquqi nəticəsi ola bilər. Hər iki halda son sözü istintaq və məhkəmə deməlidir, sosial şəbəkələr yox. Lakin unutmamaq lazımdır ki, Cinayət Məcəlləsinin 307-nin qeydində öz ərini, arvadını və ya yaxın qohumunu gizlətməyə görə məsuliyyət yaranmaması nəzərdə tutulur, yəni arvadı, əri, övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumları tərəfindən hazırlanmış və ya törədilmiş cinayət barəsində xəbər verməyən şəxs bu Məcəllənin 307.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb oluna bilməz. Saxlanılan şəxs qohum olmadığı üçün bu istisna burada işləməyəcək. Mediada “qohum deyil” detalının vurğulanması da bununla bağlıdır”.
Xatırlatma: aparıcı Firuzə Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evindəki hadisə ilə bağlı yayılan görüntülər geniş müzakirə yaradıb. DİN Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yerinin müəyyən edilməsi, istintaqa təhvil verilməsi barədə məlumat yayıb. Bəzi media orqanlarında isə törətdiyi çoxsaylı cinayətlərə görə axtarışda olan şəxsin bilə-bilə Firuzə Cəlilovanın evində gizlədildiyi, onun Cəlilova ilə qohum olmadığı iddiaları ortaya atılıb.
Telegram kanalımız