Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Şuşada icazəsiz işlər gördüyü üçün məhkəməlik olub.
“Yeni Sabah” Lent.az-a istinadla xəbər verir ki, qurumun tərkibində olan müvafiq şöbə Yevlax-Xocalı-Laçın avtomobil yolunun 133-cü kilometrliyində, Qaladərəsi kəndinə doğru ayrılan yolda icazə almadan su xətti çəkib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları bu faktı aşkar etdikdən sonra işlər dayandırılıb. ADSEA-nın həmin şöbəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci (, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Məlumata görə, ADSEA-nın Qarabağda su xəttlərinin çəkilişi ilə məşğul olan aidiyyəti qurumu Qaladərəsi kəndində su çəkilməsi üçün AAYDA-ya məktub yazaraq, icazə istəyib. Lakin AAYDA-nın həmin məktuba cavabı mənfi olub. Cavabda qeyd olunub ki, qəza hallarının aradan qaldırılması istisna olmaqla, yenidən qurulan və ya təmir olunan avtomobil yollarının asfalt örtüyünün qazılmasına təmirlərarası müddətdə yol verilmir. Buna görə də ADSEA-ya alternativ üsullarla su xətti çəkilməsi tövsiyə olunub. Elektronika məhsulları
Məhkəmə qənaətə gəlib ki, araşdırmalar nəticəsində ADSEA-nın müvafiq qurumunun pozuntuya yol verməsi tam sübuta yetirilib.
Məhkəmənin qərarı ilə ADSEA-nın sözügedən şöbəsi barəsində 3000 manat məbləğində inzibati cərimə cəzası təyin edilib.
Telegram kanalımız