"Şəmkirin Keçili kəndində ayı görünməsi barədə xəbərlər həqiqəti əks etdirmir".
"Yeni Sabah" xəbər verir ki, bu barədə Şəmkir Rayon İcra Hakimiyyəti məlumat yayıb.
"Noyabrın 26-da bir sıra KİV-də və sosial şəbəkə səhifələrində Şəmkirin Keçili kəndi ərazisində qonur ayının müşahidə olunması və yaşayış sahələrinə yaxınlaşması ilə əlaqədar dərc edilmiş xəbərlərlə əlaqədar bildiririk ki, yayılmış məlumatlar həqiqətəuyğun deyil. İcra hakimiyyəti media vasitələrini dəqiqləşdirilməmiş məlumatları paylaşmaqdan çəkinməyə, məlumatların dərcindən öncə onları rəsmi mənbələr əsasında yoxlamağa çağırır", - məlumatda deyilir. ShopByBro
Telegram kanalımız