Hava şəraiti ilə bağlı sürücülərə   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Sosial

06 Yanvar 2023 13:11 642


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yanvarın 7-si axşamdan ayın 12-dək ölkə əırazisində müşahidə olunacaq hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib, yollarda yarana biləcək hər-hansı problemin qısa müddət ərzində aradan qaldırmaq üçün bütün maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib. 

Bu barədə Yenisabah.az-a AAYDA-dan məlumat verilib.

"Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik. Həmçinin idarə etdikləri nəqliyyat vasitələri üçün mövsümə uyğun şinlərdən istifadə etməyi tövsiyyə edirik", - deyə açıqlamada bildirilir. Dominos pizza

Qeyd edək ki, ölkə ərazisində yanvarın 7-si axşamdan ayın 12-dək havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!