Havalar niyə isti keçir?

saytların hazırlanması

Evə çatdırılma

Havalar niyə isti keçir?

Sosial

03 Yanvar 2023 20:53 1292


"Ölkə ərazisində qış fəslinə uyğun olmayan isti hava şəraiti müşahidə olunur. Bəzi Avropa ölkələrində olduğu kimi ölkəmizdə də ilin ilk günlərində hava şəraiti yağmursuz keçir, cənub küləkləri üstünlük təşkil edir".

Yenisabah.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18, Aran rayonlarında 15 dərəcəyədək isti, dağlıq rayonlarda isə 7-12 dərəcə isti qeydə alınıb, hazırda havanın temperaturu iqlim normasından 5 dərəcəyədək yüksəkdir: Pepperoni pizza

"Ölkə ərazisində nisbətən yüksək temperatur qeydə alınsa da, lakin bu ay üçün rekord deyil. Belə ki, 2007 və 2019-cu illərdə Bakıda havanın maksimal temperaturu 20.1 dərəcə isti olub".

Xidmət rəisi onu da qeyd edib ki, yaxın günlərdə hava şəraitində dəyişiklik olmayacaq. Lakin yanvarın 4-ü gündüzdən 8-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə arabir güclənən cənub-qərb küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı, küləyin maksimal sürətinin arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

"Yanvarın 5-də gün ərzində hava şəraitinin əsasən şərq rayonlarında az yağıntılı olacağı, dağlıq rayonlarda isə zəif qar yağacağı ehtimalı var", - U.Tağıyeva vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!