“Ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti avqustun 9-u gündüzədək davam edəcək. Həmin vaxtdan yağıntıların tədricən kəsiləcəyi gözlənilir”.
Bunu Yenisabah.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin Hidrometeoroloji bürosunun direktoru Gülşad Məmmədova deyib
Onun sözlərinə görə bu gündən hava mülayimləşəcək: “Avqustun 10 və 11-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu 30-35 dərəcə isti olacaq. Bölgələrdə də əsasən, yağmursuz hava şəraiti gözlənilir, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur. pizza sifarişi
Havanın maksimal temperaturu mərkəzi aran rayonlarında 32-37 dağlarda 20-25 dərəcə isti olacaq”.
İmamət İSMAYILOVA
Telegram kanalımız