Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti bir nəfər üçün 6100 ABŞ dolları müəyyən edilib.
"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemi rəhbəri Vüsal Cahangiri bildirib.
O qeyd edib ki, qiymətin az miqdarda artma ehtimalı da istisna deyil: pizza sifarişi
"Dünyada baş verən məlum hadisələr fonunda, habelə Krallığın müvafiq qurumları tərəfindən xidmət paketlərinin 4-dən 3-ə endirilməsi, yeni xidmətlərin artırılması səbəbi ilə müəyyən qiymət artımlarının olması qaçılmazdır. Ziyarət, həmişə olduğu kimi, vahid formada təşkil ediləcək və hava nəqliyyatı ilə həyata keçiriləcək".
Vüsal Cahangirinin sözlərinə görə, 2027-ci il Həcc ziyarəti üçün sənəd qəbulu sabahdan etibarən başlayır.
Telegram kanalımız