Dubaydan gələn sərnişinin üzərindən sərvət çıxdı -   Görün nələri gizlədib?

saytların hazırlanması

Evə çatdırılma

Dubaydan gələn sərnişinin üzərindən sərvət çıxdı - Görün nələri gizlədib?

Hadisə

26 Noyabr 2026 11:47 63


Dubaydan Bakıya gələn Hindistan vətəndaşının üzərindən gömrük nəzarətindən gizlədilən 166 min 610 manat dəyərində qızıl-brilyant zinət əşyaları aşkarlanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi kompleks tədbirlər nəticəsində Dubay-Bakı aviareysi ilə gələn Hindistan vətəndaşı şəxsi yoxlamaya cəlb edilib. Online alış-veriş

Yoxlama zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilən iki ədəd boyunbağı aşkarlanıb.

Məlum olub ki, zinət əşyaları 750 əyarlı 79,27 qram qızıl və 57,779 karat brilyantdan hazırlanıb. Onların ümumi dəyəri 166 min 610 manat təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!