İctimai nəqliyyatda yaranan sıxlıq və yollarda yaranan daimi tıxacla bağlı bir çox təkliflər irəli sürülür. Bu problemə həll yolu olaraq irəli sürülən təkliflər arasında gündəlik iş və dərs saatlarının dəyişdirilməsi də var.
Yenisabah.az-a danışan Milli Məclisin deputatı Rüfət Quliyev mövzuya fərqli yanaşır:
“Saatlarda dəyişikliyin problemi aradan qaldırması təklifi real deyil. Tıxac problemi artıq qlobal problemə çevrilib. Həll yolu olaraq avtobusların sayı artacaq. Bunun sayəsində bəlkə də minik avtomobillərinin sayı azalar. pizza hut
Orta və ali məktəblərdə dərs saatlarının dəyişdirilməsinin köməyi olacağını düşünmürəm. Dərslər olmayanda da tıxac vardı. Sübh tezdən də, axşam da yollarda sıxlıqdır. Axı səhər saat 8-də dərs yoxdur.
Problemin həlli şəhərdə intellektual idarə etmək məsələsidir. O faktiki olaraq həyata keçirilmədi. Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra hakimiyyətinin sərəncamına verilib. Tam fəaliyyətinə başlayandan sonra islahatlar sürətlə gedəcək və bu məsələyə olduğu kimi baxılacaq.
Azərbaycana hər ay 12 min maşın gətirilir. Təxmini 9 mini Bakı şəhərində istifadə olunur. Çoxlu sayda park yerləri düzəldilməlidir. Bu islahatlardan sonra müəyyən yüngüllük yaranmalıdır. Ancaq urbanizasiya problemi bütün dünyada yaşanan bir problemdir”.
Nəzrin Cavadzadə
Telegram kanalımız