Hərbçilər üçün vacib qərar -   Şərtlər açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Hərbçilər üçün vacib qərar - Şərtlər açıqlandı

Sosial

19 Sentyabr 2026 10:43 855


Hərbi qulluqçulara ailə vəziyyətinə görə qısa müddətli məzuniyyətin hansı hallarda verilə biləcəyi açıqlanıb.

Bu barədə "Yeni Sabah"a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 129-cu maddəsinə əsasən, dinc və müharibə dövründə hərbi qulluqçulara ailə vəziyyətinə görə qısa müddətli məzuniyyət verilə bilər. Dördpendirli pizza

Məzuniyyət hərbi qulluqçunun ailə üzvlərinin və himayəsində olduğu digər şəxslərin ağır xəstələnməsi və ya vəfat etməsi, ailəsinin yanğın və ya təbii fəlakətə məruz qalması hallarında verilə bilər.

Bundan başqa, hərbi hissə komandirinin rəyinə görə hərbi qulluqçunun ailədə şəxsən olması zəruri olan digər xüsusi hallarda da qısa müddətli məzuniyyət nəzərdə tutulur.

Ailə vəziyyətinə görə məzuniyyət verilməsi zərurəti hərbi qulluqçunun ailəsinin yaşayış yeri üzrə yerli bələdiyyə orqanı və ya müalicə müəssisəsi tərəfindən təsdiq edilmiş sənədlə sübut edilməlidir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!