Husilər Ədən hava limanına və prezident sarayına zərbələr endirib

saytların hazırlanması

Evə çatdırılma

Husilər Ədən hava limanına və prezident sarayına zərbələr endirib

Dünya

31 Oktyabr 2026 00:20 82


Yəmənin "Ənsar Allah" hərəkatının husiləri ölkənin müvəqqəti paytaxtı Ədən şəhərindəki beynəlxalq hava limanına və Əl-Maaşiq prezident sarayına ballistik raketlərlə hücum edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, polkovnik Macid ən-Nuzeyli "X" sosial şəbəkəsində məlumat yayıb.

"Husi terrorçu qruplaşması Ədən hava limanına və Əl-Maaşiq sarayına ballistik raketlərlə hücum edir", – o bildirib. Toyuqlu pizza

Onun sözlərinə görə, hava limanlarına zərbələr endirilməsi blokadanın aradan qaldırılması ilə bağlı bəyanatlarla onun yəmənlilərə qarşı faktiki tətbiqi arasında ziddiyyəti üzə çıxarır.

Ordu nümayəndəsi, həmçinin üsyançılara qarşı həyata keçirilən "Yəmənin Şəfəqi" hərbi əməliyyatı çərçivəsində hökumət qüvvələrinin 1 087 uğurlu əməliyyat keçirdiyini bildirib.

Qeyd olunub ki, əməliyyatlar zamanı husilərin ön komanda məntəqələrinə, qüvvələrinin cəmləşdiyi ərazilərə və ehtiyat bölmələrinə döyüş təyyarələri, pilotsuz uçuş aparatları və artilleriya vasitəsilə zərbələr endirilib.\Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!