Milli Məclisin plenar iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Elman Nəsirov dövlət vəzifəsi daşıyan şəxsin şəxsi deyil, ictimai maraqların xidmətində dayanmalı olduğunu bildirib.
"Yeni Sabah" xəbər verir ki, qanun layihəsində bir sıra mühüm yeniliklərin nəzərdə tutulduğunu qeyd edən parlamentari vəzifəli şəxslərin şəxsi maraqları haqqında bəyannamə təqdim etməsi tələbinə diqqət çəkib. Onun sözlərinə görə, vəzifəli şəxs vəzifəsinin icrasına başlamazdan əvvəl müvafiq bəyannamə verməli, növbəti illərdə isə bunu hər il aprelin 15-dək təqdim etməlidir. Deputat şəffaflığın və hesabatlılığın təmin edilməsi baxımından bu mexanizmin böyük əhəmiyyət daşıdığını vurğulayaraq, bəyannamənin natamam və ya təhrif olunmuş şəkildə təqdim edilməsinin qanun pozuntusu hesab olunduğunu bildirib.
E.Nəsirov layihədə vəzifəli şəxslərin sahibkarlıq və əlavə fəaliyyətinə dair məhdudiyyətlərin, eləcə də hədiyyə və qonaqpərvərliklə bağlı qaydaların əksini tapmasını vacib yenilik kimi dəyərləndirib. Qeyd olunub ki, qəbul edilmiş hədiyyə və ya göstərilmiş qonaqpərvərlik barədə üç iş günü ərzində səlahiyyətli subyektə məlumat verilməsi nəzərdə tutulur. Online alış-veriş
Çıxışında dövlət satınalmaları sahəsindəki vəziyyətə də toxunan deputat Hesablama Palatasının 2025-ci ildə açıqladığı məlumatlara istinad edərək, yoxlanılmış 3500 satınalmanın 2119-nun, yəni təxminən 60 faizinin rəqabətsiz – bir mənbədən satınalma yolu ilə həyata keçirildiyini diqqətə çatdırıb.
Nazim Hacıyev
Telegram kanalımız