İcra başçısı təyin edilən Cabbar Musayev KİMDİR? –   DOSYE

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı təyin edilən Cabbar Musayev KİMDİR? – DOSYE

Siyasət

04 Noyabr 2024 14:13 3913


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

“Yeni Sabah” Cabbar Musayevin dosyesini təqdim edir:

C.Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub. pizza sifarişi

O Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. C.Musayev eyni zamanda iqtisad üzrə fəlsəfə doktorudur.

2004-2013-cü illərdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləmiş, 2013-2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb.

2016-cı ilin aprel ayının 18-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilib.

Dövlət qulluğunun kiçik müşaviridir. Evlidir, iki övladı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!