İki məşhur şirkət parlamentə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

İki məşhur şirkət parlamentə çağırıldı

Rəqəmsal

28 Sentyabr 2026 23:04 102


Süni intellekt (AI) texnologiyalarının inkişafı və təhlükəsizlik riskləri beynəlxalq səviyyədə ciddi müzakirələrə səbəb olmaqda davam edir.

“Yeni Sabah” xəbər verir ki, "OpenAI" və "Anthropic" şirkətlərinin rəhbərləri Avstraliya və ABŞ dövlət qurumlarına qarşı süni intellekt vasitəsilə həyata keçirilən kiberhücumlar fonunda Avstraliya parlamentinə dəvət olunublar. Qanunvericilərin şirkət rəhbərlərindən AI texnologiyalarının kibertəhlükəsizlik riskləri və bu cür hücumların qarşısının alınması istiqamətində görülən tədbirlər barədə izahat tələb edəcəyi gözlənilir.

Eyni zamanda, "Microsoft"un təsisçisi Bill Qeyts də süni intellektin nəzarətdən çıxma riskləri ilə bağlı xəbərdarlıqlarını yeniləyib. Texnologiya nəhəngi AI-nin gələcəkdə yarada biləcəyi qlobal təhlükələrə diqqət çəkərək, ABŞ Konqresini bu sahədə hüquqi çərçivənin müəyyənləşdirilməsi və təxirəsalınmaz qanunvericilik aktlarının qəbul edilməsi üçün fəal addımlar atmağa çağırıb. Pepperoni pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!