İki sığorta şirkəti dövlət qurumundan 73 minlik sifariş aldı

saytların hazırlanması

Evə çatdırılma

İki sığorta şirkəti dövlət qurumundan 73 minlik sifariş aldı

İqtisadiyyat

16 Sentyabr 2026 14:35 63


Dövlət Radiotezliklər İdarəsi sığorta xidmətlərinin göstərilməsi ilə bağlı işlər həyata keçirir.

“Yeni Sabah” xəbər verir ki, aparılan satınalmaların yekun nəticələrinə əsasən, idarə əməkdaşlarının könüllü tibbi sığortası xidmətini “Qala Sığorta” ASC həyata keçirəcək. Bu müqavilənin maliyyə dəyəri 67 500 manat təşkil edir.

Qurumun nəqliyyat vasitələrinin KASKO sığortası üzrə işlərin aparılması isə “Meqa Sığorta” ASC-yə həvalə olunub. Şirkətlə 5 600 manatlıq anlaşma əldə olunub. Pepperoni pizza

Beləliklə, Dövlət Radiotezliklər İdarəsinin hər iki sığorta müqaviləsi üzrə ümumi xərci 73 100 manata çatıb.

Məlumat üçün bildirək ki, 1998-ci ildən dövlət qeydiyyatında olan Dövlət Radiotezliklər İdarəsinin nizamnamə kapitalı 16,01 milyon manatdır. Quruma İlham Əhədov rəhbərlik edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!