“Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu”.
“Yeni Sabah” xəbər verir ki, bunu Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
“Zaman keçdikcə o, dəyişdi və daha da böyüdü, indi çoxsaylı tədbirlərin və çox gözəl mərasimlərin keçirildiyi “Bakı Enerji Həftəsi” adlanır”, - dövlət başçısı əlavə edib. Marqarita pizza
Prezident bildirib ki, dünya qazıntı yanacağı olmadan yaşaya bilməz.
Dövlət başçısı, həmçinin vurğulayıb ki, hamımız planeti xilas etmək üçün daha yaxşı bir iqlimə sahib olmaq istəyirik: “Hamımız daha yaxşı bir mühitdə yaşamaq istəyirik”.
Telegram kanalımız