İlham Əliyev sərəncam imzaladı, vəsait ayırdı

İlham Əliyev sərəncam imzaladı, vəsait ayırdı

Sosial Veb saytların hazırlanması

26 May 2023 15:42 497


Zəngilan rayonunda Horadiz – Zəngilan avtomobil yolunun əsaslı təmirinə vəsait ayrılıb.

Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində 61 km uzunluğunda mövcud Horadiz – Zəngilan avtomobil yolunun əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 31,4 milyon manat ayrılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!