İlham Əliyev və Şavkat Mirziyoyev açılış və təməlqoyma mərasimində iştirak ediblər

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev və Şavkat Mirziyoyev açılış və təməlqoyma mərasimində iştirak ediblər

Siyasət

23 Avqust 2026 18:28 85


Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində onlayn formatda iştirak ediblər.

"Yeni Sabah" xəbər verir ki, tədbir çərçivəsində "Davr Bank" (AR Beynəlxalq Bankı), Gips zavodu ("Matanat-A"), "Landau" adına STEAM (Science, Technology, Engineering, and Mathematics) iki məktəb ("Landau Education Group") layihələrinin açılışı olub.

Həmçinin SOCAR-ın beş yeni yanacaqdoldurma məntəqəsinin, "Sea Breeze Uzbekistan" yaşayış və istirahət kompleksinin ("Agalarov Development"), "Baku City" yaşayış kompleksinin ("TuranAZ"), Gümüş tərkibli filizin emalı üzrə zənginləşdirmə fabrikinin ("Sur Gold and Silver Project") və Meyvə bağlarının ("Gold Fresh Fruits") layihələrinin təməlqoyma mərasimi keçirilib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!