İmtahan nəticələri yaxın 3 gündə elan olunacaq

saytların hazırlanması

Evə çatdırılma

İmtahan nəticələri yaxın 3 gündə elan olunacaq

Sosial

16 İyul 2023 14:57 9976


Dövlət İmtahan Mərkəzi (DİM) və Mədəniyyət Nazirliyi iyulun 16-da uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinləri və müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirib.

Yenisabah.az xəbər verir ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 5 binada təşkil olunub.

İmtahanda iştirak etmək üçün 1134 namizəd qeydiyyatdan keçib.  pizza hut

Direktor və direktor müavinlərinin imtahanında namizədlərə 100, müəllimlərin imtahanında isə 70 test tapşırığı təqdim olunur. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar ümumi nəticəyə təsir göstərmir.

İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahanlar haqqında ümumi məlumat və müsabiqə şərtləri ilə DİM-in saytında tanış olmaq olar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!