“İnanırıq ki, koronavirus bəlası tezliklə bitəcək” - Müəllimlər ölkə başçısına müraciət etdilər

“İnanırıq ki, koronavirus bəlası tezliklə bitəcək” - Müəllimlər ölkə başçısına müraciət etdilər

Sosial Veb saytların hazırlanması

10 May 2020 18:14 1446


Bakı şəhəri Nəsimi rayonu Rövşən Nəsirov adına 111 nömrəli tam orta məktəbin gənc müəllimləri ölkə başçısı İlham Əliyevə məktub yazıblar. 

“Dünyanı koronovirus epidemiyası bürüdüyü, hər gün müxtəlif ölkələrdə çox saylı ölüm hallarının baş verdiyi bir zamanda, həmişə olduğu kimi Siz uzaqgörən və müdrik siyasətinizlə hadisələrin axarını dəqiq və düzgün təhlil edərək vaxtında verdiyiniz qərarlarla hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu bir daha sübut edirsiniz” -deyə müəllimlər bildirir.  

Gənc təhsil işçilərinin fikrincə, bütün dünyanı cənginə alan virus Azərbaycandan yan keçməyib. Bu pandemiya bütün dünyada bir sıra problemlərə səbəb olub: “Lakin Sizin çoxsaylı qərarlarınız sayəsində ölkəmiz bu bəladan çox az xəsarətlə çıxmaqdadır. Azərbaycanda  koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün Sizin tərəfinizdən görülən mühüm tədbirlər təqdirəlayiqdir. Koronavirusa qarşı mübarizə sahəsində imzaladığınız sərəncamlar, rəhbərliyinizlə həyata keçirilmiş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində ölkəmiz koronovirus pandemiyasına qarşı səmərəli mübarizə aparır”. 

Məktubda daha sonra qeyd olunur ki, təhsil işçiləri ölkə başçısının iradəsini həyata keçirərək hüqüq-mühafizə orqanlarının korrupsiya əleyhinə gördüyü tədbirləri də diqqətlə izləyir və bunun cəmiyyət üçün faydalı oldugunu düşünürlər: “Sizin həyata keçirtdiyiniz ardıcıl tədbirlər nəticəsində ölkədə korrupsiya hallarının baş verməsinin qarşısının alınması, yüksək vəzifələrə savadlı, intellektli kadrların təyin olunması müdrik siyasətinizin təzahürüdür. Mayın 4-də Sizin təşəbbüsünüz ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilmiş Zirvə görüşü pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr vermişdi. Bu konfrans bir daha sübüt etdi ki, Siz ən çətin situasiyalarda belə düşünülmüş addımlar ataraq, doğru qərarlar verərək hər zaman xalqın yanındasınız”. 

Gənc nəslin intellektual və dünyagörüşlü formalaşmasında cəmiyyətdə baş verənlərin də təsiri oldugunu vurgulayan müəllimlər sonda prezidentə minnətdarlıq edib: “Siz hər zaman gənclərə qayğı göstərmiş, hər bir sahədə bizlərə dəstək olmusunuz. Sizin qayğınız sayəsində ölkəmizdə yüksək intellektli və geniş dünyagörüşünə malik gənc nəsil formalaşır. Biz gənc müəllimlər olaraq Sizə, vitse-prezident Mehriban xanım Əliyevaya bizə göstərdiyiniz sonsuz qayğıya görə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, bütün dünyanı bürümüş koronavirus bəlası tez bir zamanda bitəcək, Sizin qayğınız və səyləriniz nəticəsində ölkəmiz bu böhrandan minimum ziyanla çıxacaq. Biz hər zaman Sizin siyasətinizi dəstəkləyir, Sizinlə qürur duyuruq!”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!