“İnter” 7-ci finalına çıxacaq

saytların hazırlanması

Evə çatdırılma

“İnter” 7-ci finalına çıxacaq

İdman

07 May 2025 12:46 346


Dünən gecə doğma meydanda “Barselona”nı 4-3 hesabı ilə məğlub edən (ümumi hesab 7-6) “İnter” tarixində 7-ci dəfə Çempionlar Liqasının finalına vəsiqə qazanıb. İtaliyanlar bu günədək çıxdığı 6 finalda 3-də kuboku başı üzərinə qaldırmağı bacarıb.

Yenisabah.az xəbər verir ki, “İnter” sonuncu finalını 2022-2023-cü il mövsümündə “Mançester Siti”yə qarşı oynayıb. Həmin görüşdə ingilislər Rodrinin qolu yeganə qolu ilə tarixindəki ilk çempionluğu əldə edib.

“Mavi-qaralar” sonuncu çempionluğunu 2009-2010-cu ildəki finalda “Bavariya”ya qarşı qələbə ilə əldə edib. Həmin qarşılaşmada Dieqo Militonun vurduğu 2 qolla almanları məğlub edən Joze Mourinyo rəhbərliyindəki “İnter” mövsümü 3 kubokla tamamlamağı bacarmışdı. Marqarita pizza

“İnter” ilk 2 çempionluğunu isə 1964 və 1965-ci illərdə qazanıb. 1967-ci il finalında “Seltik”ə, 1972-ci il də isə “Ayaks”a məğlub olan milanlılar kuboku İtaliyaya gətirməyə olduqca yaxındır. Onların finaldakı rəqibi “PSJ” – “Arsenal” cütünün qalibi olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!