İranda dövlət qurumlarının xarici mesajlaşma tətbiqləri və digər beynəlxalq rəqəmsal platformalarda rəsmi məlumatlandırma fəaliyyəti aparmasına qoyulan qadağa ləğv edilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azad İran" Telegram kanalı məluamt yayıb.
Qərar İranın Virtual Məkanın Tənzimlənməsi və İdarə Olunması üzrə Xüsusi Qərargahının iclasında bütün üzvlərin razılığı ilə qəbul edilib. pizza
Yeni qərara əsasən, dövlət qurumlarına xarici platformalarda rəsmi hesablar və kanallar vasitəsilə fəaliyyət göstərməyə icazə verilir.
İran rəsmilərinin sözlərinə görə, bu məhdudiyyət bir neçə il əvvəl tətbiq edilib və dövlət qurumlarının əhalinin geniş istifadə etdiyi beynəlxalq platformalarda birbaşa məlumat yaymasına mane olub.
Telegram kanalımız