Naxçıvanda dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralında qeydə alınıb.
Qəza zamanı "Hyundai", KIA, "Niva" və "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə iki nəfər xəsarət alıb. Dördpendirli pizza
Xəsarət alan Gülər Bayramova və Fidan Abdullazadə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız