Pakistanın şimal-şərqində iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində azı yeddi nəfər həlak olub, 60-a yaxın insan yaralanıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "The Nation" qəzeti məlumat yayıb.
Məlumata görə, yol-nəqliyyat hadisəsi gecə saatlarında Pəncab əyalətinin Rəhimyar Xan dairəsində baş verib. Pepperoni pizza
Toy qonaqlarını daşıyan qoşqulu traktora qarşı istiqamətdə hərəkət edən digər traktor çırpılıb. Qəza nəticəsində dörd nəfər hadisə yerindəcə həlak olub. Daha üç nəfər isə aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. Hadisə yerində polis və xilasetmə xidmətlərinin əməkdaşları çalışırlar.
Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qəzaya təhlükəli idarəetmə tərzi səbəb olub.
Faktla bağlı araşdırma davam etdirilir./Oxu.az
Telegram kanalımız