Fars körfəzində strateji dəniz yolu sayılan Hörmüz boğazında hərbi gərginlik kəskin həddə çatıb.
“Yeni Sabah” xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) boğazdan icazəsiz keçməyə cəhd edən ticarət gəmilərinə qarşı növbəti hərbi müdaxilələrini həyata keçirib.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Təşkilatının (UKMTO) və yerli mənbələrin verdiyi məlumata görə, Togo və Panama bayraqları altında üzən iki neft tankeri icazəsiz hərəkət etdikləri əsası ilə hədəf alınıb. pizza hut
Zərbələr nəticəsində gəmilərin göyərtəsində yanğın baş verib, lakin heyət üzvlərinin təxliyə edildiyi və xəsarət alanların olmadığı bildirilir. SEPAH nümayəndələri bəyan ediblər ki, rəsmi Tehranın müəyyən etdiyi qaydaları və icazə mexanizmini pozaraq boğazdan keçməyə çalışan hər bir gəmi analoji tədbirlərlə üzləşəcək.
Telegram kanalımız