İran gizli nüvə inşaatını fəallaşdırdı

saytların hazırlanması

Evə çatdırılma

İran gizli nüvə inşaatını fəallaşdırdı

Dünya

10 Sentyabr 2026 00:57 97


İran Natanz nüvə kompleksindən iki kilometr məsafədə, Kolanq Qaz-La dağının altında yerləşən məxfi obyektdə gizli tikinti işlərini fəallaşdırıb. Ehtimallara görə, bu obyekt nüvə proqramının əsas strukturlarını yerləşdirmək üçün mühafizə olunan yeraltı kompleks kimi inşa edilir.

"Yeni Sabah ki, bu barədə CNN telekanalı obyektdə son altı ilin maksimum nəqliyyat fəallığını qeydə alan profil təşkilatlarının peyk təsvirlərinin təhlilinə istinadən xəbər verir.

Ekspertlər ehtimal edirlər ki, Tehran qazıntı işlərini başa çatdırıb və dağın daxilində uranın zənginləşdirilməsi üçün sentrifuqaların quraşdırılmasına başlayıb. Pepperoni pizza

Obyektin əsas zalları qranit süxurların altında, təxminən 100 metr dərinlikdə qazılıb. Bu da onu ABŞ-nin adi bunker bombalarına qarşı potensial olaraq davamlı edir. Yayımçının mənbələrinin verdiyi məlumata görə, bununla əlaqədar Pentaqon ən dərin bunkerləri məhv edə bilən yeni növ silahların təcili sınaqlarını keçirir.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranın nüvə iddialarının qarşısını almaq üçün önləyici tədbirlər çərçivəsində sözügedən yeraltı kompleksə zərbə endirmək imkanını nəzərdən keçirdiyini bildirmişdi./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!