İran millisinin bəzi üzvləri ABŞ vizası ala bilmədi

saytların hazırlanması

Evə çatdırılma

İran millisinin bəzi üzvləri ABŞ vizası ala bilmədi

İdman

06 İyun 2026 11:10 116


ABŞ İran milli komandasının bütün futbolçularına viza versə də, komandanın bəzi müşayiətçi üzvləri və məsul şəxsləri viza ala bilməyib.

"Yeni Sabah" Təsnim-ə istinadla xəbər verir ki, komanda meneceri Mehdi Məhəmmədnəbi, İran Futbol Federasiyasının baş katibi Hedayət Məmbini, İran milli komandasının icraçı direktoru Mehdi Xərati və daha 6 nəfər ABŞ vizasını ala bilməyən şəxslər sırasındadır.

İran Futbol Federasiyasının prezidenti Mehdi Tacın viza müraciəti də rədd edilib. Dördpendirli pizza

Məlum şəxslərin İran milli futbol komandası ilə birlikdə Meksikaya getməsi planlaşdırılır və viza alınması üçün səylər davam edir.

Xatırlatma: İran milli futbol komandası bu gün Antalyadan Meksikanın Tixuana şəhərinə yola düşərək, 2026-cı il dünya çempionatında iştirak üçün Meksikada təlim-məşq toplanışı keçirməlidir.

İran milli komandası 2026-cı il dünya çempionatının G qrupunda Yeni Zelandiya, Belçika və Misirlə mübarizə aparacaq. Komanda qrup mərhələsində oyunlarını ABŞ-ın Los-Anceles və Sietl şəhərlərində keçirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!