“Dövlət həftələr ərzində ölkənin mərkəzi hissəsində - İsfahan əyalətində yeni tədqiqat nüvə reaktorunun tikintisinə başlamağı planlaşdırır”.
Yenisabah.az xəbər verir ki, bu barədə iyulun 28-də İranın Atom Enerjisi Təşkilatının vitse-prezidenti Məhəmməd Eslami məlumat verib.
“Biz bir neçə həftə ərzində İsfahanda elmi-tədqiqat reaktorunun tikintisinə rəsmən başlamağı planlaşdırdıq”, - ISNA onun sözlərindən sitat gətirib. Marqarita pizza
İyulun 25-də Eslami bəyan edib ki, İran tərəfi 360 meqavat gücündə ilk tam İran Atom Elektrik Stansiyasının yaradılması işlərinə başlayıb. Hazırda İranda yeganə işləyən atom elektrik stansiyası Rusiya tərəfinin köməyi ilə tikilmiş “Buşehr” atom elektrik stansiyasıdır.
Telegram kanalımız