İranlı deputat Azərbaycanla quru sərhədin açılması müjdəsini verdi

saytların hazırlanması

Evə çatdırılma

İranlı deputat Azərbaycanla quru sərhədin açılması müjdəsini verdi

Siyasət

01 May 2025 12:00 575


İranla Azərbaycan arasında ticarət əlaqələrinin səviyyəsi 5 milyard dollara yüksəldiləcək.

Yenisabah.az xəbər verir ki, bunu İran-Azərbaycan parlament dostluq qrupunun rəhbəri Sədif Bədri bildirib.

Onun sözlərinə görə, bu, İran prezidenti Məsud Pezeşkian Bakıya son səfəri sayəsində mümükün olacaq. pizza mizza

Bədri bildirib: “Bu səfər zamanı İran tərəfdən bəzi tələblər, o cümlədən Azərbaycanda təhsil alan iranlı tələbələrin gediş-gəlişinin asanlaşdırılması və sərnişin daşımaları üçün quru sərhədin açılması qərara alındı. Azərbaycan tərəfi bu məsələni diqqətlə araşdıracaq”.

İran-Azərbaycan Parlament Dostluq Qrupunun rəhbəri qeyd edib: "Bu səfər zamanı əldə olunan digər razılığa əsasən, Tehranın İmam Xomeyni hava limanından, eləcə də Təbriz, Ərdəbil, Məşhəd və İsfahan hava limanlarından iki ölkə arasında uçuşların gücləndirilməsi hər iki tərəfin müvafiq nazirlərinin gündəliyinə salınıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!