İranlı nazir Bakıda restorandan niyə çıxarıldı? – Bir səfərin gizlinləri

saytların hazırlanması

Evə çatdırılma

İranlı nazir Bakıda restorandan niyə çıxarıldı? – Bir səfərin gizlinləri

Siyasət

17 İyul 2025 18:12 30943


Bu ilin aprelində Bakıda Türkiyə və İsrailin yüksək səviyyəli təhlükəsizlik rəsmiləri görüşərkən gözlənilməz hadisə baş verib. 

Yenisabah.az middle east eye-a istinadla xəbər verir ki, gizli danışıqlar zamanı atmosfer yetərincə səmimi olub.

İlk görüşdə hər iki ölkənin Suriyada hərbçiləri, təyyarələri və pilotsuz təyyarələri olduğu üçün toqqşumaların qarşısını almaqdan ötrü qaynar xəttin yaradılması barədə razılıq əldə olunub. Marqarita pizza

“Həmin axşam nümayəndə heyətinin başçıları və üzvləri – Türkiyə kəşfiyyatının yüksək rütbəli məmuru və köməkçiləri, habelə İsrailin yüksək rütbəli milli təhlükəsizlik məmurunun rəhbərlik etdiyi qrup yerli restoranda birlikdə nahar ediblər.

Qrup yemək yeyərkən gözlənilməz hadisə baş verib: Bakıda rəsmi səfərdə olan İranın yollar və şəhərsalma naziri Fərzanə Sadeqi restorana daxil olub.

O, çayını qurtumlayan zaman azərbaycanlı mühafizəçilər ehtiyatla İran rəsmisinin bələdçisinə yaxınlaşıb və nəzakətlə səhv ünvana gəldiyini bildiriblər.

Sadeqi, görünür, Türkiyə-İsrail nümayəndə heyətinin heç bir üzvünü tanımadan qısa zamanda restorandan çıxarılıb”, - deyə yazı müəllifi qeyd edib.

Əziz Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!