Əmək mühitində göz və üzü qoruyan torlu vasitələrin istifadəsi ilə bağlı tələblər müəyyən edilib.
Bu barədə "Yeni Sabah"a Dövlət Əmək Müfəttişliyi məlumat verib.
AZS ISO 16321-3:2025 standartı mexaniki təhlükələrdən, o cümlədən havada uçan hissəcik və qırıntılardan göz və üzü qoruyan torlu qoruyucular üçün əlavə səmərəlilik və markalanma tələblərini müəyyən edir. pizza hut
Sənəd təhsil müəssisələrində, eləcə də əl işi ilə bağlı oxşar əmək şəraitində istifadə olunan qoruyucu vasitələrə də şamil edilir.
Standart maye sıçramalarından, isti bərk maddələrdən, infraqırmızı və ultrabənövşəyi şüalanmadan qorunmaq üçün nəzərdə tutulan torlu qoruyucuları əhatə etmir. Həmçinin qılıncoynatma kimi idman növlərində istifadə olunan torlu qoruyucular da sənədin əhatə dairəsinə daxil deyil.
Aytac Əliyeva
Telegram kanalımız