İsti hava qadınlara niyə daha çox təsir edir?

saytların hazırlanması

Evə çatdırılma

İsti hava qadınlara niyə daha çox təsir edir?

Maraqlı

10 İyul 2026 08:59 87


Güclü istilər bütün insanlara təsir etsə də, bəzi araşdırmalar qadınların istilik dalğalarına kişilərdən daha həssas ola biləcəyini göstərir.

“Yeni Sabah” BBC-yə istinadla xəbər verir ki, Milli Səhiyyə Xidmətinin (NHS) qadın sağlamlığı üzrə mütəxəssisi, həkim Niqat Arif isti hava dövrlərini qadınların ürək-damar sistemi üçün “stres testi” adlandırıb.

Mütəxəssislərin fikrincə, bu fərq əsasən hormonal dəyişikliklər və bədənin istiliyə reaksiyası ilə bağlıdır. Tədqiqatlar göstərir ki, qadınlar daha az tərləyir və daha yüksək temperaturda tərləməyə başlayırlar ki, bu da bədənin artıq istiliyi xaric etməsini çətinləşdirə bilər. Dominos pizza

Bundan əlavə, hormonal dəyişikliklər bədənin temperaturu tənzimləmə mexanizmlərinə təsir göstərərək isti havalarda ürək-damar sisteminə əlavə yük yarada bilər.

Araşdırma müəllifləri bildirirlər ki, risk yalnız bioloji amillərlə bağlı deyil. Sosial-iqtisadi vəziyyət, əmək şəraiti və ailə üzvlərinə qulluq məsuliyyəti də qadınların isti hava zamanı özlərini qoruma imkanlarına təsir edə bilər.

Yaş da mühüm amillərdən biridir. Qadınların orta hesabla daha uzun ömür sürməsi onların yaşlılıq dövründə istiliklə bağlı sağlamlıq risklərinə daha çox məruz qalmasına səbəb ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, güclü istilər zamanı susuzlaşma, qan təzyiqinin aşağı düşməsi və ürəyə düşən əlavə yük istilik vurması və digər sağlamlıq problemləri riskini artırır. /Azərtac


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!