İsti hava telefonunuzu sıradan çıxara bilər: Diqqət etməli olduğunuz dörd əlamət

saytların hazırlanması

Evə çatdırılma

İsti hava telefonunuzu sıradan çıxara bilər: Diqqət etməli olduğunuz dörd əlamət

Maraqlı

01 İyul 2026 01:53 73


Hazırda dünyanın bəzi ölkələrində anomal isti hava şəraiti müşahidə olunur. Belə havalarda smartfonlar və digər elektron cihazlar həddindən artıq qızma riski ilə üz-üzə qalır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə rusiyalı kiberekspert Aleksandr Tokarenko KP.ru-ya müsahibəsində danışıb.

Mütəxəssis smartfonun həddindən artıq qızdığını göstərən əsas əlamətləri və cihazın zədələnməsinin qarşısını almaq üçün görülməli tədbirləri açıqlayıb. pizza sifarişi

Onun sözlərinə görə, telefonun həddindən artıq qızmasının dörd əsas əlaməti var. İlk olaraq ekranın parlaqlığı azalır və ya avtomatik dəyişir. İkinci əlamət tətbiqlərin adi haldan daha gec açılmasıdır. Bu, prosessorun həddindən artıq isinməmək üçün məhsuldarlığını azaltması ilə əlaqədardır. Üçüncü əlamət ekranda kritik temperatur barədə xəbərdarlıq mesajının görünməsidir. Belə halda cihaz dərhal birbaşa günəş şüalarından uzaqlaşdırılmalıdır. Dördüncü əlamət isə korpusun həddindən artıq qızaraq toxunarkən narahatlıq və ya hətta yanıq riski yaratmasıdır.

Aleksandr Tokarenko bildirib ki, smartfon məişət istifadəsi üçün nəzərdə tutulmuş cihazdır və ekstremal temperatur şəraitində işləmək üçün hazırlanmayıb. Onun sözlərinə görə, telefonu hətta beş dəqiqə belə günəş altında, avtomobildə və ya pəncərə önündə saxlamaq olmaz.

Ekspert isti havalarda telefonla uzunmüddətli danışıq zamanı simli qulaqlıqdan istifadə etməyi də tövsiyə edib. Bundan əlavə, cihazın soyumasına mane olmamaq və keyfiyyətsiz plastik materiallardan yayıla biləcək zərərli maddələrin təsirini azaltmaq üçün ucuz üzlüklərin çıxarılması məsləhət görülür.

Tokarenko smartfonu "xalq üsulları" ilə soyutmağa çalışmağın təhlükəli olduğunu da vurğulayıb. O, qızmış telefonu soyuducuya qoymağın və ya soyuq suya salmağın qətiyyən doğru olmadığını bildirib. Ekspertin sözlərinə görə, temperaturun kəskin dəyişməsi cihazın daxili komponentlərinin sıradan çıxmasına səbəb ola bilər./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!