İstirahət günləri hava necə olacaq?   - PROQNOZ

saytların hazırlanması

Evə çatdırılma

İstirahət günləri hava necə olacaq? - PROQNOZ

Sosial

07 İyul 2023 18:59 1126


Həftəsonu Bakıda və Abşeron yarımadasında günəşli və isti hava şəraiti müşahidə olunacaq, mülayim cənub-şərq küləyi əsəcək.

“Report” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, havanın temperaturu günorta saatlarında 35-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti olacaq. pizza

Naxçıvan Muxtar Respublikası və Mərkəzi Aran rayonlarında da isti və günəşli hava şəraiti müşahidə ediləcək. Maksimal temperatur günorta saatlarında 35-38 dərəcə, bəzi yerlərdə 41 dərəcə isti olacaq.

Ən sərin hava şəraiti respublikanın dağlıq ərazilərində - Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında və Lənkəran-Astara bölgəsinin dağlıq ərazilərində müşahidə ediləcək, günorta saatlarına 25-30 dərəcə isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!