İsveç və Finlandiya bu yay NATO-ya üzv ola bilər.
Yenisabah.az “The Times”a istinadla xəbər verir ki, Finlandiyanın iyun ayında alyansa üzv olmaq üçün müraciət edəcəyi, onun ardınca İsveçdən eyni xahişin gələcəyi gözlənilir.
Mənbələrin bildirdiyinə görə, İsveç və Finlandiya NATO-ya üzvlüklə bağlı razılığa gəlmək üçün birlikdə çalışır, lakin yekun qərarı hər bir ölkə müstəqil şəkildə verəcək. pizza
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 6-da və 7-də NATO Xarici İşlər Nazirlərinin Brüsseldə keçirilən görüşündə İsveç və Finlandiyanın NATO-ya mümkün üzvlüyünün ən çox müzakirə olunan mövzulardan biri olduğunu bildirmişdi.
“İltalehti” qəzetinin aprelin 7-də verdiyi məlumata görə, Finlandiya may ayında NATO-ya üzvlük üçün müraciət etmək qərarına gələ bilər. Nəşr aprelin 14-də Finlandiya Nazirlər Kabinetinin xarici siyasət və təhlükəsizlik siyasəti ilə bağlı hesabata əlavəni dərc edəcəyini bildirib.
İsveçin hakim Sosial Demokratlar Partiyası hazırda NATO-ya üzv olub-olmamaq barədə müzakirələr aparır. Baş nazir Maqdalena Anderson bildirib ki, o, ölkəsinin bloka qoşulmama siyasətinə yenidən baxılmasını və bloka üzvlüyünü istisna etmir.
Telegram kanalımız