Jurnalistləri görəndə qıcıq olan hakim

Jurnalistləri görəndə qıcıq olan hakim
May 15, 2019
Oxunma sayı: 114

Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış, həm də bir sıra qalmaqallı proseslərdə adı keçən hakimi Ənvər Seyidov 70 yaşı tamam olduğu üçün təqaüdə göndərilib.

“Yeni Sabah” xəbər verir ki, Modern.az-ın əməkdaşı 1972-ci ildən Ədliyyə Nazirliyi sistemində çalışan Ə.Seyidovun bundan sonrakı fəaliyyətilə bağlı suallara aydınlıq gətirməsi üçün onunla əlaqə saxlayıb.

Ə.Seyidov geniş danışmaq istəmədiyini vurğulayıb:

“Kifayət qədər işləmişəm, indi dincəlmək vaxtıdır. Hazırda bağda dincəlirəm”.

Tanınmış hakim 70 illiyilə bağlı filmə çəkildiyini vurğulayaraq, yazılı mətbuata açıqlama verməkdə maraqlı olmadığını da dilə gətirib: “Mən jurnalistlərə, açıqlamalara qıcıq oluram. Artıq açıqlamanın, bağlamanın vaxtı keçib. Xahiş edirəm bundan sonra məni narahat etməyin. Barəmdə nəsə yazılmasını istəmirəm. Şərt deyil ki, qəzetdə də mənim barəmdə yazı çıxsın, televiziyada 70 illiyimlə bağlı film çəkilir. Bu, mənim bəsimdir”.