Kassaya çatana qədər qiyməti artırırlar - Deputat

saytların hazırlanması

Evə çatdırılma

Kassaya çatana qədər qiyməti artırırlar - Deputat

Sosial

01 Dekabr 2022 14:13 756


“Bir butulka suyu götürürsən, üstündə yazır 90 qəpikdir, kassaya gedənə qədər onun qiyməti olur 1 manat 10 qəpik”.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin bu gün keçirilən birgə iclasında deputat Rüfət Quliyev bildirib.

“Artıq bilmirəm, gedən yolda gömrük, yoxsa nə var. Ölkədə süni qiymət artımının qarşısını almaq lazımdır ki, belə hal yaşanmasın. Ölkədə supermarketlər yenidən oyunlarına başlayıblar. Bir müddət mən burada məsələ qaldırandan sonra supermarketlərdə yığıncaqlar keçirilirdi ki, Milli Məclisdə bu məsələyə diqqətlə yanaşırlar. Amma bu da qısa oldu, yenidən qiymət artımları var”, - deyə deputat vurğulayıb.  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!