Keçmiş məmura yeni vəzifə verildi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş məmura yeni vəzifə verildi - FOTO

Sosial

20 Oktyabr 2025 13:07 720


Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) yeni təyinat olub.

"Yeni Sabah" xəbər verir ki, AQC rəhbəri Vüqar Orucun müvafiq əmri ilə tanınmış jurnalist Orxan Əli təşkilatın İcra Aparatının üzvü və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, Orxan Əli 20 ildən çoxdur mətbuatda çalışır. "İki sahil" qəzeti, Modern.az saytlarında müxbir, Avtosfer.az saytında redaktor, Azpost.info saytında şef-redaktor olaraq çalışıb. Eyni zamanda 2010-2012-ci illərdə Gənclər Təşkilatları Milli Şurasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, 2012-2014-cü illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri, 2014-2016-cı illərdə "Böyük İpək Yolu" təşkilatının İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri vəzifələrində çalışıb. Toyuqlu pizza

Azərbaycan şəhidləri haqqında "Mübarizim" layihəsinin rəhbəridir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!