Ermənistanın gerbi və bayrağı dəyişə bilər - Paşinyan 

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın gerbi və bayrağı dəyişə bilər - Paşinyan 

Siyasət

26 Noyabr 2026 22:14 40


Ermənistanın dövlət rəmzlərinin dəyişdirilməsi ilə bağlı qərarı ölkə vətəndaşları referendum yolu ilə verməlidir.

“Yeni Sabah” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 26-da hökumətin iclasından sonra keçirdiyi ənənəvi brifinqdə dövlət gerbindən Ağrı dağının (Ararat) təsvirinin çıxarılması ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib.

Baş nazirin sözlərinə görə, ölkənin yeni Konstitusiya layihəsində dövlət rəmzlərinin referendum çərçivəsində qəbul ediləcək ayrıca qanunla müəyyənləşdirilməsi nəzərdə tutulur. İnternetdən sifariş

O bildirib ki, hazırda hakimiyyətin dövlət rəmzlərinin dəyişdirilməsi ilə bağlı konkret təklifləri yoxdur.

“Vətəndaşlar özlərinə hansı bayrağı, gerbi və ya himni məxsus hesab etdiklərinə özləri qərar verməlidirlər”,  - deyə Paşinyan vurğulayıb.

Hökumət başçısı əlavə edib ki, vətəndaşlar mövcud dövlət rəmzlərinin saxlanılmasını dəstəkləsələr, heç bir dəyişiklik edilməyəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!