Naxçıvan TV Naxçıvandakı səhiyyəni sərt tənqid etdi - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvan TV Naxçıvandakı səhiyyəni sərt tənqid etdi - VİDEO

Sosial

26 Noyabr 2026 21:21 263


Naxçıvanda bir sıra tibb müəssisələrində tibbi avadanlıqların işləməməsi və xidmət çatışmazlığı xəstələr üçün ciddi çətinliklər yaradır.

“Yeni Sabah” xəbər verir ki, Naxçıvan TV bu mövzuda material hazırlayıb. Süjetdə bildirilir ki, Culfa Regional Tibb Mərkəzində dializ müalicəsi alan 12 xəstə aylardır aparatların işləməməsi səbəbindən müalicə üçün Naxçıvan şəhərinə aparılıb-gətirilir. Xəstələr xüsusilə qış aylarında yolların vəziyyətindən narahatdırlar.

Xəstəxananın direktoru Zaur Həsənov problemin dializ sistemindəki filtrlərin sıradan çıxması və suyun təmizlənməsini təmin edən osmos qurğusunun köhnəlməsi ilə əlaqədar olduğunu bildirib. Yeni avadanlığın alınması üçün müraciət edildiyini, məsələnin bir həftə ərzində həll oluna biləcəyini qeyd edib. Online shopping Azərbaycan

Şahbuz Rayon Mərkəzi Xəstəxanasında da MRT və kompüter tomoqrafiyası xidmətləri ilə bağlı problemlər var. Naxçıvan Muxtar Respublika Mərkəzi Xəstəxanasında isə MRT aparatı işləmir, müayinə otağının anbar kimi istifadə edildiyi müşahidə olunub.

Bundan başqa, bəzi xəstələr sığorta çərçivəsində aparılan müayinələr üçün zəruri dərman və tibbi ləvazimatları öz hesablarına almağa məcbur qaldıqlarını bildiriblər. Muxtar Respublika Səhiyyə Nazirliyinin balansında olan 52 təcili tibbi yardım avtomobilinin yarıdan çoxunun isə istifadəsiz vəziyyətdə qaldığı iddia olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!