Türkiyənin Kanal D telekanalında yayımlanan “Haysiyet” serialının efir günündə dəyişiklik edilib. Serialın boşaltdığı çərşənbə axşamı saatında isə yeni layihə – “Susuz Yaz” tamaşaçılarla görüşəcək.
“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, reytinqlərdə gözlənilən nəticəni əldə edə bilməyən “Haysiyet” serialının 13-cü bölümlə final edəcəyi bildirilir.
Kerem Alışık, Doğukan Güngör, Reha Özcan və Merih Öztürkün baş rollarda çəkildiyi ekran işinin yayım günü dəyişdirilib. Belə ki, indiyədək çərşənbə axşamları nümayiş olunan serial bundan sonra cümə axşamları efirə gedəcək. İnternet mağaza
Türkiyə mətbuatının məlumatına görə, “Haysiyet”in boşaltdığı çərşənbə axşamı efirində dekabrın 1-dən etibarən “Susuz Yaz” serialı yayımlanacaq.
Qeyd edək ki, “Haysiyet” serialının 13-cü bölümlə dekabrın 10-da final edəcəyi gözlənilir.
Telegram kanalımız