Nazirlikdə yeni şöbə yaradıldı, rəhbər təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdə yeni şöbə yaradıldı, rəhbər təyin edildi

İqtisadiyyat

26 Noyabr 2026 23:47 63


Kənd Təsərrüfatı Nazirliyində yeni şöbə yaradılıb və ona rəhbər təyin edilib.

“Yeni Sabah” xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə Ayaz Müseyibov Regional koordinasiya və aqrar inkişaf proqramları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, A.Müseyibov 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavr, 2014-2017-ci illərdə Maliyyə menecmenti ixtisası üzrə magistr təhsili alıb. 2020-2024-cü illərdə doktorantura təhsili alıb və 2025-ci ildə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib. Online shopping Azərbaycan

Bu təyinata qədər isə o, müxtəlif dövlət və özəl müəssisələrdə rəhbər vəzifələrdə çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!