Məhkəmə tanınmış aparıcı ilə bağlı qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə tanınmış aparıcı ilə bağlı qərar verdi

Hadisə

26 Noyabr 2026 18:30 169


Tanınmış aparıcı Azər Zahidin ölkədən çıxışına “stop” qoyulub.

"Yeni Sabah" Xitab24.az-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edib.

Ərizədə fiziki şəxs kimi fəaliyyət göstərən İsmayılov Azər Zahid oğlunun dövlət büdcəsinə ümumilikdə 7557,97 manat vergi borcu olduğu qeyd olunub. Elektronika məhsulları

Həmin borcun ödənilməsinin təmin edilməsi üçün aparıcının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi istənilib.

Məhkəmə dövlət qurumun ərizəsini təmin edib və Azər Zəhidin vergi öhdəlikləri tam yerinə yetirilənədək ölkədən çıxışını müvəqqəti məhdudlaşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!